...

"Qarabağ" Urkraynada qələbə qazandı (VİDEO)

İdman Materials 24 Oktyabr 2014 02:42 (UTC +04:00)
“Qarabağ” Kiyevin “NSK Olimpiyskiy” stadionunda Ukraynanın “Dnepr” klubunun qonağı olub
"Qarabağ" Urkraynada qələbə qazandı (VİDEO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Oktyabrın 24-də Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində üçüncü oyununu keçirib. "Qarabağ" Kiyevin "NSK Olimpiyskiy" stadionunda Ukraynanın "Dnepr" klubunun qonağı olub.

Çexiyalı baş hakim Libor Kovarikin idarə etdiyi oyun 0:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ilk oyununu doğma meydanda Fransanın "Sent-Etyen" komandasına qarşı keçirib və oyunda hesab açılmayıb, ikinci oyunda isə Milanda İtaliyanın "İnter" klubuna 2:0 məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti