...

"İki futbolçunun çıxışı diqqətimi çəkdi"

İdman Materials 15 Dekabr 2014 15:32 (UTC +04:00)
Onlar mənim üçün önəmli oyunçulardır.
"İki futbolçunun çıxışı diqqətimi çəkdi"

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

"İki futbolçunun çıxışı diqqətimi çəkdi". Trend-in məlumatlna görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın XVI turu çərçivəsində baş tutan "Bakı" - "Xəzər Lənkəran" və "Neftçi" - "Sumqayıt" oyunları izlədikdın sonra AFFA-nın saytına açıqlamasında deyib.

R.Prosineçki həmin oyunlarla bağlı qeyd edib: "Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə "Bakı" - "Xəzər Lənkəran", sonra "Neftçi" - "Sumqayıt" qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm, növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm. İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi. "Xəzər Lənkəran"ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. "Xəzər Lənkəran"dan daha yaxşı oyun gözləyirdim. "Bakı"nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər".

"Neftçi" - "Sumqayıt" oyununa gəlincə, baş məşqçi bildirib ki, bu qarşılaşma daha maraqlı və qollu keçdi: "Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, "Neftçi" - "Sumqayıt" oyununda iki futbolçunun çıxışı diqqətmi çəkdi. Onlar mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar".

Xəbər lenti

Xəbər lenti