...

"İnter"in rəqibləri

İdman Materials 2 Yanvar 2015 15:12 (UTC +04:00)
"İnter" futbol klubu qış fasiləsində hazırlıqlarını Antalyada keçirəcək.
"İnter"in rəqibləri

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

"İnter" futbol klubu qış fasiləsində hazırlıqlarını Antalyada keçirəcək.

Trend klubun saytına istinadən məlumat verir ki, komanda bu gün qardaş ölkəyə yollanacaq. Yanvarın 3-dən etibarən məşqlər start götürəcək.

Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Rəqiblər də artıq məlumdur. "İnter" yanvarın 8-də "İnegölspor" (Türkiyə), yanvarın 13-də "Energie Cottbus" (Almaniya), yanvarın 14-də "Kayrat" (Qazaxıstan), yanvarın 17-də "Kasımpaşa" (Türkiyə), yanvarın 20-də isə "Metallist"(Ukrayna) komandaları ilə qarşılaşacaq.

Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir.

Xatırladaq ki, "İnter" yanvarın 24-də Vətənə qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti