...

Azərbaycanın qadın güləşçilərinin dünya reytinqindəki yeri (SİYAHI)

İdman Materials 8 Yanvar 2015 12:11 (UTC +04:00)
Azərbaycanın qadın güləşçilərinin dünya reytinq siyahısındakı yerləri məlum olub.
Azərbaycanın qadın güləşçilərinin dünya reytinqindəki yeri (SİYAHI)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın qadın güləşçilərinin dünya reytinq siyahısındakı yerləri məlum olub.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən mlumata görə, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, qadın güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. 2014-cü il Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyub. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.

48 kq

4. Mariya Stadnik - DÇ 3-cü yer (4)

58 kq

10. İrina Netreba - AÇ 2-ci yer (13)

60 kq

2. Yuliya Ratkeviç - DÇ 2-ci yer (2)

69 kq

13. Nadya Sementsova - Almaniya Qran Pri turniri 3-cü yer (13)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti