...

Xosep Qvardiola müsəlman ölkəsinin yığmasını çalışdıra bilər

İdman Materials 4 Fevral 2015 15:15 (UTC +04:00)
Xosep Qvardiola karyerasını milli komanda səviyyəsində davam etdirə bilər.
Xosep Qvardiola müsəlman ölkəsinin yığmasını çalışdıra bilər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Məftun Salmanov/

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Xosep Qvardiola karyerasını milli komanda səviyyəsində davam etdirə bilər.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Qətər Futbol Federasiyası ispan mütəxəssisi milli komandanın baş məşqçisi vəzifəsində görmək istəyir.

X.Qvardiola Qətəri 2022-ci il dünya çempionatına hazırlamalıdır. Mundial Qətərdə keçiriləcək. X.Qvardiola bu ərəb ölkəsində "Bavariya"da qazandığından iki dəfə çox məvacib ala bilər.

Qeyd edək ki, ispan mütəxəssisin "Bavariya" ilə müqaviləsi 2016-cı ilin yayında başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti