...

Budapeşt Yay Olimpiya Oyunlarına ev sahibi olsa, Bakının təcrübəsini öyrənəcək

İdman Materials 21 Fevral 2015 13:53 (UTC +04:00)
Bakı-2015 Birinci Avropa Oyunlarının təqdimat mərasimi ilə əlaqədar Budapeştdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov Macarıstanın xarici işlər və ticarət naziri, Macarıstan-Azərbaycan Hökumətlərarası Birgə komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.
Budapeşt Yay Olimpiya Oyunlarına ev sahibi olsa, Bakının təcrübəsini öyrənəcək

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bakı-2015 Birinci Avropa Oyunlarının təqdimat mərasimi ilə əlaqədar Budapeştdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov Macarıstanın xarici işlər və ticarət naziri, Macarıstan-Azərbaycan Hökumətlərarası Birgə komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.

Azərbaycanın Macarsıtandakı səfirliyindən Trend-ə verilən məlumata görə, macar həmkarının xahişi ilə ona birinci Avropa Oyunları ilə bağlı son iki ildə görülən işlər barəsində ətraflı məlumat verən Azad Rəhimov bildirilib ki, haqlı olaraq ilk Avropa Olimpiya oyunları adlandırılan birinci Avropa Oyunlarında qitənin 50 milli olimpiya komitəsinin bayrağı altında 6 mindən çox idmançı 20-dən çox növ üzrə öz qüvvələrini sınayacaqlar. Sonuncu Soçi Qış Olimpiya Oyunlarında cəmisi 2700 idmançının iştirak etdiyini xatırladan nazir Bakı-2015-in miqyasına, iştirakçılarının sayına və populyarlığına görə Olimpiya oyunlarından qətiyyən geri qalmadığını xatırladıb.

Son bir neçə il ərzində dəfələrlə respublikamızda olan Piter Siyyarto birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın bu mühüm idman bayramının səviyyəsini çox yüksəyə qaldırdığını və Bakıdan sonra həmin səviyyəni qoruyub saxlamağın o qədər də asan olmayacağını bildirib. O, digər sahələrlə bir sırada idman sahəsində də Azərbaycan-Macarıstan əlaqələrinin böyük imkanlarının olduğunu xatırladıb və 2024-cü ildə növbəti Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürən Budapeştin qalib gələcəyi təqdirdə Bakının təcrübəsindən çox şey öyrənəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev və Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov da görüşdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti