...

Azərbaycan gimnastları Çexiyada "qızıl" və "gümüş" medallar qazanıblar (FOTO)

İdman Materials 16 Mart 2015 15:14 (UTC +04:00)
14-16 mart tarixlərində Çexiyanın Zlin şəhərində Azərbaycan gimnastlarının da yer aldığı beynəlxalq turnir keçirilib.
Azərbaycan gimnastları Çexiyada "qızıl" və "gümüş" medallar qazanıblar (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

14-16 mart tarixlərində Çexiyanın Zlin şəhərində Azərbaycan gimnastlarının da yer aldığı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, fərdi çıxışına görə Vladmir Dolmatov "gümüş" medal qazanıb, qarışıq cütlüyümüz isə (Dolmatova - Koltunova) iki cütlük arasında 1-ci yeri əldə ediblər. Anastasiya Koltunova da həmçinin, fərdi çıxışlarına görə finala çıxmağa müvəffəq olub, lakin daha sonra 10-cu yerdə qərarlaşıb.

Ökəni bu yarışda yeniyetmə gimnastlar - Fəridə Ağayeva və Xədicə Quliyeva da təmsil ediB. Onlar fərdi çıxışlarına görə müvafiq olaraq, 14-cü və 35 yerdə (38 yerdən) qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti