...

Bakı 2015 Avropa Oyunları ilə "Nestlé" Azərbaycan şirkəti arasında rəsmi dəstək müqaviləsi imzalandı

İdman Materials 24 Mart 2015 17:28 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədi ilə "Nestle" Azərbaycan şirkəti ilə müqavilə imzalayıb.
Bakı 2015 Avropa Oyunları ilə "Nestlé" Azərbaycan şirkəti arasında rəsmi dəstək müqaviləsi imzalandı

Azərbaycan, Bakı, 24 mart, /Trend/

Bakı 2015 Avropa Oyunları ilə "Nestlé" Azərbaycan şirkəti arasında rəsmi dəstək müqaviləsi imzalandı.

Komitədən Trend-ə verilən məlumata görə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədi ilə "Nestle" Azərbaycan şirkəti ilə müqavilə imzalayıb.

İmzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müslişokoladları ilə təmin edəcək.

Müqavilədə nəzərdə tutulan Nestlé məhsullarına KIT KAT, LION, NESTLÉFITNESS və NESCAFÉ daxildir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq çıxışında bildirib: "Nestlé ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq."

"Nestle" Şirkəti Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxil edilən bu möhtəşəm hadisəyə dəstək göstərən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətləri sırasına daxil oldu.

Qeyd edək ki, "Nestlé" Azərbaycan şirkəti, Azersun Holding, Bazarstore, McDonald's Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Sitecore vəTickethour şirkətlərindən sonra ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmi dəstəkçi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti