...

Daha bir futbolçunu dişlədilər (FOTO)

İdman Materials 7 Aprel 2015 22:15 (UTC +04:00)
Meksikanın “Tixuana” klubunun yarımmüdafiəçisi Xuan Aranqo ölkə çempionatı çərçivəsində “Monterrey”a qarşı keçirilən oyunda rəqib futbolçunu dişləyib.
Daha bir futbolçunu dişlədilər (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Meksikanın "Tixuana" klubunun yarımmüdafiəçisi Xuan Aranqo ölkə çempionatı çərçivəsində "Monterrey"ə qarşı keçirilən oyunda rəqib futbolçunu dişləyib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, X.Aranqo rəqibin çiynindən dişləyib.

Hakim həmn məqamı görməyib və oyunçunu cəzalandırmayıb. Bununla belə, futbolçu cəzasız qalmayıb. Onu iki oyun diskvalifikasiya ediblər.

Xəsarət almış müdafiəçi sonradan dişlənmiş çiyninin şəklini sosial şəbəkədə yayıb.

X.Aranqo bu hərəkəti ilə 2014-cü il dünya çempionatında Luis Suaresin italiyalı Corco Kyellinini dişləməsini xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti