...

Beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi müzakirə edilib

İdman Materials 9 Aprel 2015 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Avropa Şurası İdman üzrə Genişləndirilmiş Hissəvi Saziş (EPAS) tərəfindən Belçikanın Brüssel şəhərində beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminar keçirilib.

Trend-in məlumatına görə, seminarda Azərbaycandan Milli Məclisin deputatı Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak ediblər.

Seminarın əsas məqsədi müxtəlif ölkələrdə beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi barədə qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır.

Tədbiri EPAS-ın icraçı katibi Stanislas Frossard açaraq İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin fəaliyyəti barədə geniş məlumat verib.

Seminarda "Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N (99)10" və "Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı N 2.1 Qətnamə"sinin müzakirələri keçirilib.

Seminarda Rusiya, Fransa və Azərbaycanın idman nazirliklərinin nümayəndələri öz ölkələrinin bu sahədə olan ən qabaqcıl təcrübələri və ölkədə keçirilən irimiqyaslı beynəlxalq idman tədbirlərində iştirak edən idmançı və rəsmi nümayəndə heyətlərinə viza verilməsi işinin asanlaşdırılması üçün görülən tədbirlər barədə geniş məlumat verib.

Seminar çərçivəsində R.Əliyev və İ.Mədətov EPAS-ın icraçı direktoru S.Frossard ilə Avropa Şurası və ölkəmiz arasında idman əlaqələri və gələcək perspektivləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti