Azərbaycan, Bakı, 20 aprel /Trend/
Azərbaycan Kubokunun ½ final mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb.
Trend-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, "İnter" - "Neftçi" oyunun baş hakimi Elvin Əsgərova, "Simurq" - "Qarabağ" oyunu isə Orxan Məmmədova həvalə olunub.
21 aprel
"Simurq" - "Qarabağ"
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
Zaqatala şəhər stadionu, 18:00
"İnter" - "Neftçi"
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Gülağa Cabarov
"İnter Arena", 19:00