...

Dünya çempionatına qatılacaq taekvondoçularımız

İdman Materials 6 May 2015 16:51 (UTC +04:00)
Mayın 13-də Rusiya Federasiyasında taekvondo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Dünya çempionatına qatılacaq taekvondoçularımız

Azərbaycan, Bakı, 6 may /Trend/

Mayın 13-də Rusiya Federasiyasında taekvondo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. Çelyabinsk şəhərində 5 gün davam edəcək mundiala kişi və qadın taekvondoçulardan ibarət milli komandamız da qatılacaq.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, kişilərdən ibarət komandanın baş məşqçisi Rza Mehmandust dünya çempionatında Mikayıl Əliyev (-54 kq), Məhəmməd Məmmədov (-58 kq), Sina Bahrami (-63 kq), Axxan Tağızadə (-68 kq), İlkin Şahbazov (-74 kq), Milad Beygi Harçeqani (-80 kq), Radik İsayev (-87 kq) və Əhməd Məhəmmədiyə (+87 kq) şans verəcək.

Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu möhtəbər yarışda Çeren Özbək (-46 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Povea (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Daria Skorko (-62 kq), Fəridə Əzizova (-67 kq) və Marina Tedeevanı (-73 kq) sınaqdan keçirəcək.

Komandamız mundiala Azərbaycan Taekvondo Federasiyasının vitse-prezdentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılacaq. 7 may tarixində çempionata yollanan millimiz 18 mayda vətənə dönəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti