...

"Kəpəz"in ilk transferi

İdman Materials 4 İyun 2015 16:45 (UTC +04:00)
“Kəpəz” futbol klubu transfer çalışmalarına başlayıb.
"Kəpəz"in ilk transferi

Azərbaycan, Bakı, 4 iyun /Trend/

"Kəpəz" futbol klubu transfer çalışmalarına başlayıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, gələn mövsümdən Premyer Liqada oynayacaq "Kəpəz" transfer çalışmalarına başlayıb. Gəncə klubunun heyətinə qatdığı ilk futbolçu isə Bəxtiyar Soltanov olub.

Klubun icraçı direktoru Mehman Allahverdiyev bildirib ki, yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, 3 il öncə "Kəpəz" elitada çıxış edərkən B.Soltanov icarə əsasında komandanın şərəfini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti