...

"Discovery Communications" olimpiadaların yayım inhisarçısı oldu

İdman Materials 29 İyun 2015 23:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

ABŞ-ın "Discovery Communications" media holdinqi 2018-2024-cü illər ərzində keçiriləcək Olimpiya Oyunlarını yayımlamaq üçün Beynəlxalq Olimpiya Komitəsinin keçirdiyi tenderin qalibi olub.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, yayım müqaviləsinin qiyməti 1,3 milyard avrodur.

Müqaviləyə əsasən, holdinq hər Yay olimpiadasından ən azı 200, Qış olimpiadasından isə 100 saatlıq pulsuz yayım həyata keçirməlidir.

Yarışların böyük hissəsini "Eurosport" telekanalı göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti