...

Çində yarış zamanı velosipedçimizin qolu sınıb (FOTO)

İdman Materials 6 İyul 2015 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın 188 km-lik 2-ci mərhələsi komandamız üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, Samir Cəbrayılov və Aleksandr Surutkoviç 2 dəfə onlardan öndə baş verən toqquşmadan qaça bilməyiblər. İlk epizodda velosipedçilərimiz mübarizəni davam etdirə bilsələr də, 2-ci toqquşma zamanı A.Surutkoviçin sağ qolu sınıb və o, Çin turnirində iştirakını yarımçıq dayandırıb.

Digər velosipedçilərimizin çıxışına gəlincə, onların hamısı məsafəni mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat, 26 dəqiqə, 27 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 12-ci yer. Maksim Averin 25-ci, Matey Müqerli 35-ci, Elçin Əsədov isə 37-ci olub.

2 mərhələdən sonra "Synergy Baku" komanda hesabında 22 kollektiv arasında 2-ci yerdədir. Sabah iştirakçılar Sinin şəhərindən Qinkaya qədər olan dağlıq yollarla 148 km məsafə qət edəcəklər.

Yarışa iyulun 18-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti