Azərbaycan, Bakı, 16 iyul /Trend/
Çilili yarımmüdafiəçi Arturo Vidal karyerasını Almaniya Bundesliqada davam etdirə bilər.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Münhenin "Bavariya" klubu "Yuventus"la 28 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib.
Almaniya klubu A.Vidala 40 milyon avro verəcək.
Qeyd edək ki, futbolçu ilə "Real" (Madrid) və London "Arsenal"ı da maraqlanırdı.