...

Rauf Məmmədov: "Duelun taleyi 41-ci gedişdə həll olundu"

İdman Materials 16 Sentyabr 2015 08:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\32 final mərhələsinin cavab görüşləri keçirilib.

Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk görüşdə məğlub olan azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ təmsilçisi Fabiano Karuanayla heç-heçə oynayıb.

İki görüşün nəticəsinə görə Dünya Kubokuyla vidalaşan Məmmədov uğursuzluğu belə izah edib: "Fabiano Karuana haqda danışmağa ehtiyac yoxdur. Güclü şahmatçıdır. Dünya reytinqində ilk pillələrdə qərarlaşıb. Duelin taleyi ilk görüşdə həll olundu. 41-ci gedişdə kobud səhv etdim və partiyanın taleyi həll olundu. Belə rəqiblərlə görüşdə səhv etmək qadağan olunur. Onlar bunu bağışlamır. 41-ci gedişdən sonra məğlubiyyətlə barışmalıydım. İkinci görüşdə qara fiqurlarla çıxış edirdim. Karuana kimi rəqiblə oyunda qara fiqurlarla qələbə qazanmaq çox çətindir. Özü də bu gün mənə mütləq qələbə lazım idi. Heç-heçə oldu və ümumi nəticəyə görə məğlub oldum".

Xəbər lenti

Xəbər lenti