...

Dünya futbolunun əfsanələri xeyriyyə matçında

İdman Materials 2 Oktyabr 2015 19:56 (UTC +04:00)
Böyük Britaniya və İrlandiyanın birləşmiş komandası dünya yığması ilə xeyriyyə matçı keçirəcək.
Dünya futbolunun əfsanələri xeyriyyə matçında

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Böyük Britaniya və İrlandiyanın birləşmiş komandası dünya yığması ilə xeyriyyə matçı keçirəcək.

Trend-in məlumatına görə, Britaniya və İrlandiyanın birləşmiş komandasının kapitanı Devid Bekhem olacaq.

Zinəddin Zidan isə analoji vəzifəni dünya yığmasında həyata keçirəcək.

Aleks Ferqyuson birləşmiş komandaya, Karlo Ançelotti isə dünya yığmasına baş məşqçilik edəcək. Oyun noyabrın 14-də "Old Trafford" stadionunda baş tutacaq.

Matçdan əldən edilən gəlir BMT-nin Uşaq Fonduna göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti