...

"Neftçi" axır ki qələbə qazandı

İdman Materials 2 Noyabr 2015 20:56 (UTC +04:00)
Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub.
"Neftçi" axır ki qələbə qazandı

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Trend-in məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Uğur Pamuk hesabı açıb.

Lakin paytaxt təmsilçisi ikinci hissədə toparlana bilib. Əvvəlcə 72-ci dəqiqədə Fəhmin Muradbəyli hesaba tarazlıq gətirib. 5 dəqiqə sonra Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2.

Beləliklə, son vaxtlar uğursuz çıxış edən "Neftçi" vacib qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti