Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, turnirin debütantı - Qazaxıstanın "Astana" klubu İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edib.
Futbolçuların səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Beləliklə, "Astana" C qrupunda 2 xalla sonuncudur. "Atletiko" isə 7 xalla hələlik birinci sıradadır.