Azərbaycan, Bakı, 4 noyabr /Trend/
"Monako" klubunun futbolçuları bu gün Bakıda gəzintiyə çıxıblar.
Trend klubun "facebook" səhifəsinə istinadən məlumat verir ki, UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşacaq komandanın üzvləri Bakı bulvarında olublar.
Xatırladaq ki, "Qarabağ" - "Monako" oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.