Bakı. Trend:
UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext" - "Qarabağ" oyununu idarə edəcək hakimlər məlum olub.
Trend-in məlumatına görə, oyun sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb. Ona Bojan Ul və Tomas Klançnik köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Andraz Kovaçiç yerinə yetirəcək.
Xatırladaq ki, "Anderlext" - Qarabağ" oyunu dekabrın 10-da keçiriləcək.