Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turniri çərçivəsində ilk oyununa çıxıb.
Trend-in məlumatına görə, Ukraynanın U-21 yığması ilə qarşılaşan millimiz matçın 49-cu dəqiqəsində qapısında qol görüb. 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Namiq Ələsgərov hesaba tarazlıq gətirib.
88-ci dəqiqədə isə N.Ələsgərov komandamıza qələbə gətirən qolu vurub - 2:1.
Qeyd edək ki, millimiz turnirdə Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə də qarşlaşacaq.