...

Cəbrayıl finalda, Hacı bürünc uğrunda erməni rəqibi ilə güləşəcək

İdman Materials 10 Mart 2016 16:08 (UTC +04:00)
Yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.
Cəbrayıl finalda, Hacı bürünc uğrunda erməni rəqibi ilə güləşəcək

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.

61 kq-da mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev rəqiblərinə bir xal belə vermədən əvvəlcə Litvadan Sarinas Jurcisi, ardınca Bolqarıstandan Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. Yarımfinalda London Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə rəqib üstün olub.

H.Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanla bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov ilk görüşündə gürcü Jakob Maxaraşvilini təmiz qələbə ilə məğlub edib. Növbəti görüşdə gürcü əsilli Ukrayna təmsilçisi Giya Çixladzedən də üstün olan güləşçimiz yarımfinalda Bolqarıstan təmsilçisi Miroslav Kirovla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Cəbrayıl adını finala yazdırıb.

Finalda güləşçimizin rəqibi Türkiyə təmsilçisi Soner Demirtaş olacaq.

55 kq
1/4 final - Alyona Kolesnik - Simona Pricob (Rumıniya) 0:6

61 kq
1/8 final - Sarinas Jurcis (Litva) - Hacı Əliyev 0:11
1/4 final - Hacı Əliyev - Vladimir Dubov (Bolqarıstan) 11:0
1/2 final - Hacı Əliyev - Vladimer Xinçeqaşvili (Gürcüstan) 2:4
Bürünc medal görüşü - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev

74 kq
1/8 final - Jakob Maxaraşvili (Gürcüstan) - Cəbrayıl Həsənov 0:5 (tuşe)
1/4 final - Giya Çixladze (Ukrayna) - Cəbrayıl Həsənov 3:4
1/2 final - Cəbrayıl Həsənov - Miroslav Kirov (Bolqarıstan) 10:0
FİNAL - Cəbrayıl Həsənov - Soner Demirtaş (Türkiyə)

Final görüşləri saat 21:00-da başlayacaq.

Xatırladaq ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti