Bakı. Trend:
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar.
Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Qanna Vasilenkov və İsveçdən Elin Yohanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Qrake Yakob Bullen olacaq.
Final görüşləri saat 21:00-da başlayacaq.
58 kq
1/8 final - Veranika İvanova (Belarus) - Natalya Sinişin 2:4
1/4 final - Qanna Vasilenko (Ukrayna) - Nataliya Sinişin 0:5
1/2 final - Nataliya Sinişin - Elin Yohanna Nilsson (İsveç) 12:2
FİNAL - Nataliya Sinişin - Qrake Yakob Bullen (Norveç)
69 kq
1/8 final - Gözəl Zutova - Dalma Caneva (İtaliya) 3:5
70 kq
1/8 final - Azamat Nurikau (Belarus) - Gitinomaqomed Hacıyev 7:5
125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (Rusiya) 6:3
1/4 final - Alan Zaseyev (Ukrayna) - Cəmaləddin Məhəmmədov 6:2
Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıblar.