...

"Synergy Baku"dan uğurlu sonluq

İdman Materials 14 Mart 2016 11:07 (UTC +04:00)
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb.
"Synergy Baku"dan uğurlu sonluq

Bakı. Trend:

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

146 km-dən ibarət bu bölümdə velosipedçimiz finiş xəttini hamıdan tez keçib - 3 saat, 9 dəqiqə, 20 saniyə. Xatırladaq ki, Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olmuşdu. Bu amil təmsilçimizə ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.

Qeyd edək ki, "Synergy Baku" bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti