Bakı. Trend:
Azərbaycan Qida və Qablaşdırma Şirkətinin (AQQ) "Milla" brendi Azərbaycanda Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcəyini bəyan edib.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinidən məlumat verilib.
Bildirilir ki, BŞH-nın Əməliyyatlar şöbəsinin və BMK-nun rəhbəri Çingiz Mehdiyev, BŞH-nın Kommersiya şöbəsinin başçısı Bülənt Özərdim və AQQ-nin baş meneceri Filip Raytın iştirakı ilə əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına dair razılığa gəldilər.
Tədbirdə çıxış edən BŞH rəsmisi Ç.Mehdiyev əməkdaşlığa görə "Milla" brendi rəhbərliyinə öz təşəkkürünü bildirib: "Öz məhsulları ilə bu yay Bakıda baş tutacaq möhtəşəm yarışda əhəmiyyətli rol oynayan marşallar komandasına verdiyi dəstəyə görə Milla şirkətinə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu əməkdaşlıq yarışın yüksək əhval-ruhiyyədə keçməsinə öz töhfəsini verəcək".
AQQ-nin baş meneceri F.Rayt çıxışında bu əməkdaşlıqdan böyük qürur duyduğunu bildirdi: "Bu il Bakı möhtəşəm yarışa ev sahibliyi edir. Belə bir əlamətdar məqamda məhsullarımızla yarışın marşallarına dəstək göstərmək fürsətinə sahib olduğumuz üçün olduqca şadıq."
Qeyd edək ki, Azərbaycan Qida və Qablaşdırma Şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin "Milla" brendi istehlakçılara lokal qaydada istehsal edilən yüksək keyfiyyətli süd məhsulları təklif edir.
Media nümayəndələri üçün əlaqə vasitəsi:
Daha ətraflı məlumat üçün [email protected] email adresi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Bakı Şəhər Halqasını Sosial Mediada İzləyin!
Siz Bakı Şəhər Halqasını sosial mediada izləməklə 2016-ci il Formula 1 Avropa Qran Prisi ilə əlaqədar bütün yeniliklərdən xəbər tuta bilərsiniz:
www.twitter.com/BakuCityCircuit
www.facebook.com/BakuCityCircuit
www.instagram.com/BakuCityCircuit