...

Açıq MTB yarışlarının qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 23 May 2016 13:10 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib.
Açıq MTB yarışlarının qalibləri müəyyənləşib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.

U-15 (3x2km)

1. Fədail Mahmudov 8OEQİUVM 28:45
2. Əhməd Əhmədov 8OEQİUVM 29:47
3. Emil Əliyev 8OEQİUVM 29:48

17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.

U-17 (5x2km)

1. Vüqar Nəsibov Neftçi 47:08
2. Nəcəf Bağırov AzVİF 49:09
3. Osman Qəhrəmanov OEQİUVM 50:11

Və ən nəhayət, Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.

Elit, U-23, Gənclər (7x2km)

1. Orxan Məmmədov OEQİUVM 58:06
2. Musa Mikayılzadə Lokomotiv 58:22
3. Aqşin Bağırlı Lokomotiv 58:42

Məqalədə:
Xəbər lenti

Xəbər lenti