...

“V1 Challenge 2016” Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 24 May 2016 11:03 (UTC +04:00)
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə mayın 29-da Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçiriləcək.
“V1 Challenge 2016” Azərbaycan çempionatı keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə mayın 29-da Bakıda "V1 Challenge 2016" Azərbaycan çempionatı keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarış Bakı Olimpiya Stadionu yaxınlığında, Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq.

Çempionatda 12 yerli pilot iştirak edəcək. Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq, göstərilən nəticələrə uyğun idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. 1, 2 və 3-cü yerləri qazananlar mükafatlandırılacaq.

Xatırladaq ki, 2014-cü il oktyabrın 11-də "V1 Challenge" yarışının Azərbaycanda təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib. Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, 2-ci yerin sahibi almaniyalı Harald Müller, 3-cü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 000 tamaşaçı canlı olaraq izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti