...

Daniil Kvyat: Bakıda "Formula 1" xüsusilə maraqlı olacaq

İdman Materials 16 İyun 2016 18:04 (UTC +04:00)
Bakıda "Formula 1" Avropa Qran Prisi xüsusilə maraqlı olacaq.
Daniil Kvyat: Bakıda "Formula 1" xüsusilə maraqlı olacaq

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda "Formula 1" Avropa Qran Prisi xüsusilə maraqlı olacaq. Bunu Trend-ə Formula 1-in "Torro Rosso" komandasının pilotu Daniil Kvyat deyib.

Onun sözlərinə görə, Bakı şəhər trası çox maraqlı görünür, qeyri-adididir, burada çoxlu qeyri-adi seksiya var.

Pilot qeyd edib ki, köhnə şəhərin divarları boyunca trasın bir hissəsi daha çox diqqət çəkir, həmin yer çox dar seksiya olduğundan olduqca mürəkkəb sahədir: "Oradan yalnız bir maşın keçə bilər, həmin hissədə sürət isə saatda 60-80 kilometr olacaq".

D.Kvyat əlavə edib ki, ötən gün tras üzrə bir neçə dəfə keçib, bu gün isə velosipedlə keçmək niyyətindədir.

Onun sözlərinə görə, Bakı çox maraqlı şəhərdir: "Burada gözəl binalar var, hər şey olduqca təmizdir".

Qeyd edək ki, sabah Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start veriləcək.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti