...

Formula 1-in Bakı şəhər trasında dəyişiklik edilib

İdman Materials 18 İyun 2016 12:03 (UTC +04:00)
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda Formula 1 yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında dəyişiklik edib.
Formula 1-in Bakı şəhər trasında dəyişiklik edilib

Bakı. Maksim Tsurkov - Trend:

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda "Formula 1" yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında kiçik dəyişiklik edib.

Trend-in məlumatına görə, belə ki, 6-cı və 12-ci döngələrdə porebriklər götürülüb, onların yerinə rənglənmiş işarələr qoyulub.

Bundan başqa, pit-leynə girişdə işarənin yeri və uzunluğu dəyişdirilib. Pilotlar həmin işarəni görməkdə çətinlik çəkdiklərini bildirmişdilər.

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti