...

"Avro-2016": İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə

İdman Materials 20 İyun 2016 00:58 (UTC +04:00)
Bu gün "Avro-2016"da qrup mərhələsinin III turuna start verilib.
"Avro-2016": İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə

Bakı. Trend:

Bu gün "Avro-2016"da qrup mərhələsinin III turuna start verilib.

Trend-in məlumatına görə, A qrupunda iki oyun keçirilib.

Lider Fransa yığması İsveçrə ilə qarşılaşıb.

Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyırdı. Fransızlar liderliyini qoruyaraq bu matçda qolsuz heç-heçə ilə ayrıldı.

Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib.

Keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyundan qələbə qazanıblar.

Qol: Sadiku, 43.

Xəbər lenti

Xəbər lenti