...

Azərbaycanda furbolçu məşq zamanı öldü (YENİLƏNİB)

İdman Materials 15 Avqust 2016 22:15 (UTC +04:00)
Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib
Azərbaycanda furbolçu məşq zamanı öldü (YENİLƏNİB)

Bakı. Trend:

Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib.

Trend Kanal S (Region TV) istinadən xəbər verir ki, Maykl adlı futbolçunun bir müddət öncə kluba transfer olunduğu billdirilir.

Klubun baş məşqçisi Şaban Şirdanov bildirir ki, ilkin ehtimallara görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub: "Dəhşətli hadisədir. Güclü futbolçu idi. Yaxın dostumuz idi. Adi məşq edirdi. Hətda 5 dəqiqə əvvəl su fasiləsi verdik. Hər şey qaydasında idi. Biz eşitmişdik ki, futbolda durduq yerə yıxılaraq belə şeylər olur. Toqquşma olmadı. Birdən birə ayaqları bir-birinə ilişdi yıxıldı. Həkimlər gəldi və verdikləri rəyə görə, görünən odur ki, tropdan ölüm baş verib".

Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti