...

Rio-2016 idmançımız: İndi də inana bilmirəm ki, mən bunu edə bildim

İdman Materials 16 Avqust 2016 10:28 (UTC +04:00)
“İndi də özümə inana bilmirəm ki, mən bunu edə bildim”. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio-2016-da iki dünya çempionuna qalib gələrək ən azı bürünc medalı təmin edən boksçumuz Kamran Şahsuvarlı deyib.
Rio-2016 idmançımız: İndi də inana bilmirəm ki, mən bunu edə bildim

Bakı. Elçin Mehdiyev - Trend:

“İndi də özümə inana bilmirəm ki, mən bunu edə bildim”. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio-2016-da iki dünya çempionuna qalib gələrək ən azı bürünc medalı təmin edən boksçumuz Kamran Şahsuvarlı deyib.

K.Şahsuvarlı rinqə çıxmazdan əvvəl həyəcanlı olduğunu bildirib: “Rinqə çıxmazdan əvvəl çox həyəcanlı idim, bilmirdim onunla neçə döyüşüm. Amma birinci raunddan sonra bildim ki, necə mübarizə aparmaq lazımdır. Buraya qədər gəlib çıxdığıma görə sevinirəm, amma axıra qədər çalışacam. Özümə inam var, ancaq qismət necədirsə, elə olacaq”.

Azərbaycanlı boksçu Rio-da yarımfinalda

Azərbaycanlı boksçu Rio-da yarımfinalda

K.Şahsuvarlı ona dəstək olan məşqçilərinə və azarkeşlərinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti