...

Mariya Stadnikin ən azı gümüş medalı var, Ratkeviç bürünc üçün güləşəcək (YENİLƏNİB)

İdman Materials 17 Avqust 2016 20:30 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:21-də yayılıb)

Bakı. Trend:

Braziliyada keçirilən Yay Olimpiya Oyunları çərçivəsində qadın güləşi üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, bu gün təmsilçilərimiz Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.

Mübarizəyə 1/8 final mərhələsindən qoşulan M.Stadnikin ilk rəqibi argentinalı Patrisia Bermudes olub. Güləşçimiz ilk hissədə rəqibindən 10 xal alaraq vaxtından əvvəl qələbə qazanıb. O, 1/4 finalda Polşa idmançısını da vaxtından əvvəl məğlubiyyətə uğradıb - 10:0.

Finala gedən yolda isə M.Stadnik bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. Bu dəfə də təmsilçimiz rəqibinin kürəyini yerə vuraraq vaxtından əvvəl qələbə qazanıb.

Y.Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Ukraynalı Oksana Herhel qarşılaşan təmsilçimiz 7:5 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Bu mərhələdə Y.Ratkeviç kolumbiyalı Jaklin Penteria ilə üz-üzə gəlib. Rəqibinə aman verməyən güləşçimiz (7:3) adını yarımfinala yazdırıb.

Yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşan güləşçimiz 0:10 hesabı ilə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti