...

Mariya Stadnik ikincidir - REYTİNQ

İdman Materials 6 Yanvar 2017 11:52 (UTC +04:00)
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
Mariya Stadnik ikincidir - REYTİNQ

Bakı. Trend:

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-nün adı onluğa daxil edilib.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.

48 kq

2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)

53 kq

4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
18. Anjela Doroqan - Qızıl Qran Pri 3-cü yer (18)

55 kq

18. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16)

58 kq

6. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (6)

60 kq

11. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3)

69 kq

14. Elis Manolova - U-23 AÇ 3-cü yer (nr)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti