Bakı. Trend:
Milli Hokkey Liqasında (NHL) çıxış edən "Vaşinqton Kepitals" komandasının kapitanı Aleksandr Oveçkin rəqib qapılarından keçirdiyi şaybaların sayını 550-yə çatdırıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, rusiyalı hokkeyçi "Boston Bryuinz"ə qarşı oyunun kinci hissənində komandasını önə çıxardıb. Matç 5:3 hesabı ilə A.Oveçkinin komandasının xeyrinə başa çatıb.
Rusiyalı idmançı hakimi zədələməsi ilə də yadda qalıb. Belə ki, rəqib qapıçı A.Oveçkinin zərbəsini qaytarsa da, şayba hakimin üzünə dəyib. Zərbənin təsirindən buz üstünə uzanan referi bir qədər sonra gülümsəyərək ayağa qalxa bilib.