Bakı. Trend:
Premyer Liqanın XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub.
Trend PFL-in saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib. AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan F.Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/99 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.
Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. F.Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.
Ölkə çempionatında 1997/98 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.
mövsüm |
komanda |
oyun |
buraxılan qol |
1997/98 |
U-18 |
7 |
-16 |
1997/98 |
Sumqayıt |
1 |
0 |
1998/99 |
Kimyaçı (Sumqayıt) |
10 |
-30 |
1999/2000 |
Kimyaçı (Sumqayıt) |
14 |
-22 |
2000/01 |
Şahdağ (Quba) |
4 |
-12 |
2000/01 |
Viləş (Masallı) |
4 |
-4 |
2003/04 |
Neftçi (Bakı) |
1 |
0 |
2004/05 |
Gənclərbirliyi (Sumqayıt) |
14 |
-23 |
2005/06 |
İnter (Bakı) |
19 |
-9 |
2006/07 |
İnter (Bakı) |
22 |
-11 |
2007/08 |
Qarabağ (Ağdam) |
24 |
-13 |
2008/09 |
Qarabağ (Ağdam) |
23 |
-18 |
2009/10 |
Qarabağ (Ağdam) |
29 |
-24 |
2010/11 |
Qarabağ (Ağdam) |
21 |
-16 |
2011/12 |
Qarabağ (Ağdam) |
4 |
-7 |
2012/13 |
Qarabağ (Ağdam) |
17 |
-10 |
2013/14 |
Qarabağ (Ağdam) |
12 |
-7 |
2014/15 |
Qarabağ (Ağdam) |
3 |
-2,1 |
2015/16 |
Qarabağ (Ağdam) |
2 |
-2 |
2016/17 |
Sumqayıt |
19 |
-23 |
Cəmi |
250 |
249 |