...

Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaqlar

İdman Materials 10 Aprel 2017 13:29 (UTC +04:00)
Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaqlar.
Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaqlar

Bakı. Trend:

Aprelin 13-16-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparacaqlar.

Turnirin proqramına əsasən, aprelin 13-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 14-də yunan-Roma güləşi üzrə gənclər, 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər yarışacaqlar.

Turnirin rəsmi açılış mərasimi aprelin 13-ü saat 17:00-da keçiriləcək.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti