...

Özil 115 milyon avronu RƏDD etdi

İdman Materials 18 Aprel 2017 03:05 (UTC +04:00)
İngiltərə Premier Ligasında "Arsenal"ın formasını geyinən türk futbolçu Məsut Özil, Çindən 115 milyon avroluq təklif aldığını və bunu rədd etdiyini açıqlayıb
Özil 115 milyon avronu RƏDD etdi

Bakı. Trend:

İngiltərə Premier Ligasında "Arsenal"ın formasını geyinən türk futbolçu Məsut Özil, Çindən 115 milyon avroluq təklif aldığını və bunu rədd etdiyini açıqlayıb.

Trend Sputnik-ə istinadən xəbər verir ki, "Arsenal"da işləri düz getməyən Məsut Özilə Uzaq Şərqdən inanılmaz bir təklif gəlib.

Türk əsilli alman futbolçuya 5 illik müqavilə üçün 110 milyon avrodan çox maaş təklif edilib. Özilin keçən mövsüm aldığı bu təklifi rədd etdiyi bildirilib.

Keçmişdə də Çindən təklif alan ulduz futbolçu təklifi həddindən artıq şişirdilmiş hesab edərək rədd etmişdi.

"Daily Mail"-də yayımlanan bioqrafiyası üçün açıqlama verən Özil deyib: "Çinlilər mənim üçün 5 illiyinə 115 milyon avro verməyə hazırlaşırdı. Bu qədər pul mənim xəyal gücümün sərhədlərindən kənardır. Bu təklifi rədd etməyim 3 dəqiqədən də az çəkdi. Menecerim Erkut mənə zəng edərək təklifin miqdarını söylədi. "Karyeramı bitirmək nöqtəsində deyiləm. "Arsenal"la kuboklar qazanmaq istəyirəm. Nə qədər verirlər versinlər, Çində oynamayacam. Mümkün deyil" — dedim".

Məsut Özilin adı son zamanlarda Türkiyənin "Fənərbağça" klubu ilə hallanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti