...

İkiqat dünya çempionu Bakıda Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacaq

İdman Materials 28 Aprel 2017 16:41 (UTC +04:00)
"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda maksimum nəticə göstərməyə və finalda hər şeyi düzgün etməyə çalışıram".
İkiqat dünya çempionu Bakıda Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacaq

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda maksimum nəticə göstərməyə və finalda hər şeyi düzgün etməyə çalışıram".

Bunu Trend-ə rusiyalı gimnast, ikiqat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova deyib.

Halqa və topla fərdi çıxışlar üzrə təsnifat mərhələsinin yekununa əsasən finala yüksələn A.Soldatova bildirib:

"İlk çıxış çətin oldu. Hər halda yeni məkan, yeni meydançadayıq. Sonra daha yaxşı çıxış etdim. Finalda maksimum nəticə göstərməyə çalışacağam".

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti