...

FIG nümayəndəsi: Azərbaycanın qadın idman gimnastlarının ustalıq səviyyəsi yaxşıdır (FOTO)

İdman Materials 11 May 2017 11:25 (UTC +04:00)
Azərbaycanın qadınlardan ibarət idman gimnastikası yığmasının ustalıq səviyyəsi kifayət qədər yaxşıdır.
FIG nümayəndəsi: Azərbaycanın qadın idman gimnastlarının ustalıq səviyyəsi yaxşıdır (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanın qadınlardan ibarət idman gimnastikası yığmasının ustalıq səviyyəsi kifayət qədər yaxşıdır.

Bunu Trend-ə müsahibəsində Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının Beynəlxalq Gimnastika Federasiyasından (FIG) olan texniki nümayəndəsi, ikiqat Olimpiya çempionu, idman gimnastikası üzrə dünya çempionu Lyubov Adrianova deyib.

O qeyd edib ki, Azərbaycanın idman gimnastları ilə çoxdan və yaxşı tanışdır: "Onlar İslam Oyunları çərçivəsində qarşıdakı yarışların ev sahibi kimi, şübhəsiz ki, tamaşaçılara yaxşı sürpriz hazırlamalıdırlar".

L.Adrianovanın fikrincə, yarışların mümkün favoriti medallara yaxşı şansı olan Özbəkistandır.

Texniki nümayəndənin sözlərinə görə, qadın idman gimnastikası əksər müsəlman ölkələrində çox da populyar deyil: "Lakin idmanın bu növünün İslamiadaya daxil edilməsi onun regionda populyarlaşmasına imkan yarada bilər".

L.Adrianova bildirib ki, Bakıda gimnastika yarışlarının keçirilməsi üçün yaxşı şərait yaradılıb. Milli Gimnastikası Arenası dünyada ən müasir arenalardan biridir:

"Bu zalda birinci dəfə deyil ki oluram. Burada hər hansı yarış keçirmək üçün zal yaxşı təchiz edilib. Çox rahatdır, yaxınlıqda gimnastların istirahət etdiyi mehmanxana, yemakxana da var".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti