...

Qızıl mükafatçımız: Rəqiblərim güclü idi

İdman Materials 13 May 2017 20:06 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

“Final görüşündə rəqibim güclü idi, lakin bütün gücümü sərf edərək qalib gəlməyi bacardım”.

Trend-in məlumatına görə, bunu jurnalistərə IV İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qızıl mükafatçısı Orxan Səfərov deyib.

O qeyd edib ki, finalda görüşdüyü türkiyəli cüdoçu ilə indiyə kimi 3 dəfə qarşılaşıb: “Bu görüşlərin birində o, ikisində isə mən qalib olmuşdum. İki həftə öncə onu Avropa çempionatına çətinlik çəkmədən məğlub etmişdim. Bu dəfə o mənimlə görüşə tam başqa cür çıxmışdı. Ona görə finalda bir az mənə çətin oldu”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti