...

Murad Ağarzayev: Məqsədim Azərbaycan bayrağını daim yüksək tutmaq olub

İdman Materials 16 May 2017 16:03 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq dövründə çəkdiyim əziyyətin nəticəsi olduğu üçün çox sevinirəm.
Murad Ağarzayev: Məqsədim Azərbaycan bayrağını daim yüksək tutmaq olub

Bakı. Samir Əli - Trend:

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq dövründə çəkdiyim əziyyətin nəticəsi olduğu üçün çox sevinirəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında idman gimnastikası üzrə fərdi sərbəst hərəkətlərdə qızıl medal, komanda halında gümüş medal mükafatçısı Murad Ağarzayev deyib.

Onun sözlərinə görə, oyunlar yüksək səiyyədə təşkil edilib: "İdmançı kimi məqsədim Azərbaycan bayrağını, Azərbaycan adını daim yüksək tutmaq olub. Bu gün Bakıda Azərbaycan bayrağını yüksəklərə qaldırdım, Allahın köməkliyi ilə gələcəkdə başqa ölkələrdə keçiriləcək tədbirlərdə də Azərbaycan adını yüksəltməyə çalışacağam. Azərbaycan gimnastı kimi oyunda ilk qızıl medalı qazanan mən oldum. Buna görə çox sevinirəm. Şükürlər olsun ki, çəkdiyim əziyyət hədər getmədi. Bu qələbəmdə mənə uşaqlıqdan böyük dəstək olan anama borcluyam və özümdən balacalara demək istəyirəm ki, onlar da yarışlarda inamla iştirak etsin və nailiyyətlər əldə etsinlər".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti