Bakı. Vüqar İmanov - Trend:
Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.
Trend-in məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları taekvando, üzgüçülük, güllə atıcılığı növlərində 13 medal qazanıblar. Bu medallardan 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.
Sonra medalçılara hədiyyələr verilib.
Qonaqlara konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.