...

Fəridə Əzizova: Döyüşdə rəqibim çox güclü idi

İdman Materials 18 May 2017 17:51 (UTC +04:00)
Döyüşdə rəqibim çox güclü-iki dəfə olimpiya medalçısı idi və ona uduzdum
Fəridə Əzizova: Döyüşdə rəqibim çox güclü idi

Bakı. Samir Əli - Trend:

Döyüşdə rəqibim çox güclü-iki dəfə Olimpiya medalçısı idi və ona uduzdum.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Zəfər günləri" çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə gümüş medal qazanmış Fəridə Əzizova deyib: "Finalda həm rəqibim olan türkiyəli idmançı güclü idi, həm də mən zədəmlə bağlı tam mübarizə apara bilmədim. Zədəmlə bağlı çox səhvlər buraxdım. 22 yaşım var. Hələ gələcəkdə uğurlarımın çox olacağına əminəm. Uduzmağım məndə idmana ruh düşkünlüyü yaratmayacaq. Qarşıda Dünya Çempionatı var və ora hazırlaşıram. Əsas odur ki, medal qazanmışam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti