...

Uşu yarışında daha bir idmançımız yarımfinala yüksəlib

İdman Materials 20 May 2017 19:40 (UTC +04:00)
Azərbaycanın daha bir idmançısı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarının yarımfinalına vəsiqə əldə edib
Uşu yarışında daha bir idmançımız yarımfinala yüksəlib

Bakı. Trend:

Azərbaycanın daha bir idmançısı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarının yarımfinalına vəsiqə əldə edib.

Trend-in məlumatına görə, 56 kiloqram çəki dərəcəsində yarışan Elçin Eminov ilk görüşündə qırğızıstanlı Avazbek Amanbekova 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti