...

Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

İdman Materials 21 May 2017 19:01 (UTC +04:00)
Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.
Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.

Trend-in məlumatına görə, bundan əvvəl 34 saniyə ərzində əlcəzairli rəqibini məğlub edən M.Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb.

Güləşçimiz yenə də vaxtından əvvəl - 2 dəqiqə 43 saniyəyə qələbə qazanaraq İslamiadanın qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti