...

Sotomayor hakim ədalətsizliyi səbəbindən dünya çempionatı ilə vidalaşdı

İdman Materials 27 Avqust 2017 22:40 (UTC +04:00)
Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayorun məğlubiyyətinə hakim haqsızlığı səbəb olub
Sotomayor hakim ədalətsizliyi səbəbindən dünya çempionatı ilə vidalaşdı

Bakı. Trend:

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayorun məğlubiyyətinə hakim haqsızlığı səbəb olub.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu, 64 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçımızın 1/8 final mərhələsindəki döyüşünə təsadüf edib.

Belə ki, Sotomayor misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə boksçumuz hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalib.

Qeyd edək ki, Sotomayor 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti