...

Mahir Məmmədov Avropa Kubokunun mükafatçıları ilə görüşüb

İdman Materials 24 Oktyabr 2017 16:46 (UTC +04:00)
Mahir Məmmədov Avropa Çempionlar Kubokunda gümüş və bürünc medallar qazanan şahmatçılarla görüşüb.
Mahir Məmmədov Avropa Kubokunun mükafatçıları ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "Odlar Yurdu" şahmat klubunun rəhbəri Mahir Məmmədov Avropa Çempionlar Kubokunda gümüş və bürünc medallar qazanan şahmatçılarla görüşüb.

Trend-in məlıumatına görə, Azərbaycan klubunun çıxışı barədə danışan AŞF rəsmisi son illər ərzində "SOCAR Azerbaijan" klubunun bu turnirdə uğurla çıxış etdiyini, iki dəfə Avropa Kubokunu qazandığını xatırladıb.

Bu il "Odlar Yurdu" klubunun yüksək nəticə göstərdiyini deyən federasiyanın vitse-prezidenti şahmatçıların onlara göstərilən etimadı doğrultduğunu söyləyib: "Azərbaycanın hər iki klubu mötəbər yarışda yüksək nəticəylə yadda qaldı. Kişi və qadın şahmatçılarımız son tura qədər liderlər qrupunda qərarlaşmaqla yanaşı favoritlərə layiqli müqavimət göstərdi. "Odlar Yurdu" reytinqindən yüksək nəticə əldə etdi və bütün şahmat həvəskarlarını sevindirdi. Hər iki komandamız turnirdə çempion olmağa çox yaxın oldu. Xüsusi qeyd etmək istərdim ki, şahmatçılarımız Avropa Kubokunda əsl komanda mübarizəsi nümayiş etdirdi. Hər iki komandamızın çıxışından razıyam. Avropa Kubokunda gümüş və bürünc medal qazanan "Odlar Yurdu" klubunun şahmatçılarını və kapitanları təbrik edirəm, onlara gələcək yarışlarda uğurlar arzu edirəm".

Tədbirdə Türkiyədə qazanılan nəticənin gələn həftə Yunanıstanda start götürəcək komandalar arasında Avropa çempionatında şahmatçılarımıza stimul olacağı vurğulanıb.

Sonda kişi və qadın şahmatçılardan ibarət "Odlar Yurdu" klubunun şahmatçıları yarışla bağlı təəssüratlarını bölüşdü və onlara göstərilən qayğıya görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti